Modern.az

“Neftçi” Qara Qarayevlə müqavilə imzaladı - YENİLƏNİB 

“Neftçi” Qara Qarayevlə müqavilə imzaladı - YENİLƏNİB 

İdman

24 İyul 2023, 20:22

“Neftçi” Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayevlə 2+1 illik müqavilə imzalayıb.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandasının heyətində 2 nömrəli formanı geyinəcək.

 

Təcrübəli oyunçu karyerası ərzində yalnız "Qarabağ"da çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandanın heyətində 76 oyun keçirib.

 

***

17:56

 

“Neftçi” klubu Azərbaycan millisinin futbolçusu Qara Qarayevin keçidini maraqlı video ilə açıqlayıb.

 

Modern.az xəbər verir ki, Bakı komandası sosial şəbəkə səhifələrindəki paylaşımı ilə yeni transferə işarə vurub.

 

Paylaşılan videoda məşhur bəstəkar Qara Qarayevin “7 gözəl” musiqisi fonunda “Neftçi”nin yarandığı 1937-ci il əks olunub.

 

Azərbaycan millisinin futbolçusu yeni komandasında 2 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan 31 yaşlı Qara Qarayev 2008-ci ildən əsas komandada çıxış edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi