Modern.az

"Qalatasaray" İkardi ilə müqavilənin detallarını AÇIQLADI

İdman

30 İyul 2023, 17:09

"Qalataasaray" Mauro İkardinin transferini yekunlaşdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Argentinalı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Bu transfer üçün "Qalatasaray" PSJ-yə 10 milyon avro ödəyəcək. Bu məbləğ 4 il ərzində hissə-hissə ödəniləcək. 30 yaşlı forvardın illik maaşının isə 6 milyon avro olacağı bildirilib.

 

Qeyd edək ki, Mauro İkardi son mövsümü icarə əsasında məhz "Qalatasaray"da keçirib. O, 26 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə "Qalatasaray"ın çempionluğunda böyük rol oynayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi