Modern.az

Futbol tarixində ilk…

Futbol tarixində ilk…

İdman

30 İyul 2023, 19:01

Mərakeşin qadınlardan ibarət yığmasının müdafiəçisi Nuhayla Benzina dünya çempionatında çıxış edən ilk hicablı futbolçu olub. 

 

Modern.az xəbər verir ki, o, Cənubi Koreya millisi ilə qrup mərhələsinin 2-ci turunun matçında ilk dəqiqələrdən meydana daxil olub.

 

Benzina sonadək meydanda olub və matçın axırında sarı vərəqə alıb. Görüş Mərakeş yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

 

Yeganə qolu 6-cı dəqiqədə hücumçu İbtissam Jraydi vurub.

 

2023 qadınlararası dünya çempionatı iyulun 20-də start götürüb və avqustun 20-dək Yeni Zelandiya və Avstraliyada keçiriləcək. ABŞ hazırkı dünya çempionudur. Onlar 4 dəfə dünya çempionu olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi