Modern.az

“Qarabağ” - “Rakuv” oyununa 22 min bilet satılıb

“Qarabağ” - “Rakuv” oyununa 22 min bilet satılıb

31 İyul 2023, 16:50

“Qarabağ”ın Polşanın “Rakuv” klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

 

Ağdam təmsilçisindən Modern.az-a verilən məlumata görə, qarşılaşma üçün 22 min bilet satılıb.

 

Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.

 

Qeyd edək ki, iyulun 2-də oynanılacaq görüş saat 20:00-da start götürəcək. “Atlılar” Polşadakı ilk oyunda məğlub olublar - 2:3.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi