Modern.az

AVRO-2024: 1/8-in növbəti komandaları

AVRO-2024: 1/8-in növbəti komandaları

İdman

25 İyun 2024, 01:02

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçirilib.

 

Modern.az xəbər verir ki, oynanılan 2 matçla B qrupunda mübarizəyə yekun vurulub.

 

1/8 finala vəsiqəni daha əvvəl təmin edən İspaniya millisi Albaniyanı minimal hesabla üstələyib. Yeganə qolu 13-cü dəqiqədə Ferran Torres vurub. Bununla da ispanlar qrup mərhələsini maksimum nəticə ilə başa vurublar.

 

Digər matçda İtaliya və Xorvatiya yığmaları üz-üzə gəlib. Hesabı 55-ci dəqiqədə xorvatiyalıların heyətində Luka Modriç açıb. İtaliya millisi yalnız əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə bərabərlik qolunu vura bilib. Mattia Zakkaninin qolu italiyalıları məğlubiyyətdən xilas edib. Bu nəticədən sonra xallarını 4-ə çatdıran Luçano Spalettinin komandası adını pley-offa yazdırıb. Xorvatiya (2 xal) və Albaniya (1 xal) yığmaları isə Avropa çempionatında mübarizəni dayandırıb.

 

Qeyd edək ki, daha əvvəl Almaniya və İsveçrə milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?