Modern.az

Azərbaycan-Serbiya oyununun yeri müəyyənləşdi

Azərbaycan-Serbiya oyununun yeri müəyyənləşdi

İdman

12 İyul 2024, 12:54

21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa Çempionatının seçmə mərhələsində Serbiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.

 

Modern.az  AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, F qrupu çərçivəsində sentyabrın 10-da təşkil olunacaq görüş “Liv Bona De Arena”da baş tutacaq.

 

Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək. 

 

Qeyd edək ki, U-21 sentyabrın 6-da Eş-Sur-Alzett şəhərində yerləşən “Emil Mayriş” stadionunda Lüksemburq millisi ilə qarşılaşacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri