Modern.az

AFFA bu klubu bütün yarışlardan uzaqlaşdırdı

AFFA bu klubu bütün yarışlardan uzaqlaşdırdı

İdman

12 İyul 2024, 17:32

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, 2 saat davam edən müzakirələrdən sonra qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında “İrəvan”la bağlı yekun qərarın verildiyini deyib:

 

“İrəvan” komandası AFFA bayrağı altında təşkil edilən bütün yarışlardan uzaqlaşdırıldı. Əsas səbəblərdən biri maliyyə ilə bağlı olan qeyri-stabillik və danışılmış oyunlardır. Onların 8 futbolçusunun adı bu məsələdə hallanırdı. Adıçəkilən klubun əvəzinə hansı komandanın olacağına gəldikdə isə, PFL-lə birlikdə danışıqlar aparılacaq və yaxın zamanlarda açıqlama veriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri