Modern.az

Evində narkotik və avtomat gizlədən şəxs saxlanıldı - FOTO

Evində narkotik və avtomat gizlədən şəxs saxlanıldı - FOTO

15 İyul 2024, 08:30

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 27 yaşlı Anar Kaltayev saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, onun üzərindən və yaşadığı ünvandan 1 kiloqram marixuana, eləcə də “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanıb.

 

Saxlanılan şəxs avtomatı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Kaltayev barəsində həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri