Modern.az

Avropa çempionatının ən yaxşı qolu

Avropa çempionatının ən yaxşı qolu

İdman

20 İyul 2024, 15:40

Almaniyada keçirilmiş futbol üzrə Avropa çempionatının ən yaxşı qolu açıqlanıb.

 

Modern.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qalib azarkeşlər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən müəyyənləşib.

 

Fanatlar Türkiyə millisinin müdafiəçisi Mərt Müldürün qrup mərhələsinin ilk turunda Gürcüstan millisinin qapısına vurduğu topu turnirin ən yaxşı qolu seçiblər.

 

Qeyd edək ki, həmin qarşılaşma "ay-ulduzlular"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə yığması 1/4 finalda Niderlanda uduzaraq (1:2) "Avro-2024"də mübarizəni dayandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu