Modern.az

"Qarabağ"dan möhtəşəm qələbə - Rəqib darmadağın edildi

"Qarabağ"dan möhtəşəm qələbə - Rəqib darmadağın edildi

İdman

14 Avqust 2024, 00:31

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyun başa çatıb.

 

Modern.az xəbər verir ki, görüş Ağdam təmsilçisinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Komandamızın heyətində qolları Olavio Juninyo, Yassin Benzia (2 qol), Toral Bayramov, Redon Cica və Patrik Andrade (2 qol) vurublar.

 

Bununla da təmsilçimiz adını UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb.

 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo”(Zaqreb) komandası ilə üz-üzə gələcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu