Modern.az

Camaat əziyyət çəkir - Deputatdan bank rəhbərlərinə İRAD

Camaat əziyyət çəkir - Deputatdan bank rəhbərlərinə İRAD

5 İyun 2023, 11:17

“Bankomatların faiz dərəcələri camaatı incidir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyast, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.

 

"Bankları idarə edən şəxslər sərin, rahat kabinetində oturub işlərini görürlər. Amma rayonlarda olan şəxslər bankomatların faiz dərəcələrindən əziyyət çəkirlər. Hər bankda bir faiz müəyyənləşib. Bunu standart 1,5 faiz edin, camaat əziyyət çəkməsin. Vətəndaş pul çıxarmaq istəyir, gərək şəhərin o başına getmək üçün 3 avtobus dəyişsin. Bu da cammatı yorur. Ona görə bankomatdan pul çıxarmaq üçün faizləri standart etmək lazımdır”,- deyə deputat bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi