Modern.az

Minimum əmək haqqı qarşıdakı aylarda artırıla bilər - Ekspert rəqəm AÇIQLADI

Minimum əmək haqqı qarşıdakı aylarda artırıla bilər - Ekspert rəqəm AÇIQLADI

İqtisadiyyat

30 İyul 2024, 11:16

Minimum əmək haqqının artırılmasına dair qarşıdakı aylarda qərarın veriləcəyini gözləmək olar.

Modern.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

O qeyd edib ki, bununla bağlı təkliflər rəsmi məlumata görə noyabrın 1-ə qədər təqdim olunmalıdır. 


"Nə qədər artırılacağına dair heç bir məlumat olmasa da, ötən illərin artım dinamikasını təhlil etsək, təxminən 16% ətrafında bir artım daha realdır. Belə ki, 2022-ci ilin 1 yanvarında minimum əmək haqqı 20% artırılaraq 250 manatdan 300 manata çatdırıldı. 2023-cü ilin 1 yanvarından isə 15% artırılıb 345 manata çatdı. 2024-cü ildə artım olmadığı üçün 2025-ci ilin 1 yanvarından minimum əmək haqqının 400 manata çatdırılmasını gözləmək olar. Bu isə 16%-li bir artım deməkdir. 


Minimum əməkhaqqı  artırılan zaman bununla əlaqədar  əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun artırılır. Deməli, minimum əmək haqqı artırılarsa, qeyd etdiyim cədvələ uyğun digər artımları də gözləmək olar", - ekspert vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hücum - Bunu da etdilər!