Modern.az saytının məlumatına görə, son günlər adı qalmaqalda hallanan xalq artisti Brilliant Dadaşova həyat yoldaşı Ədalət Hacıyevlə birgə çəkdirdiyi yeni fotosunu sosial şəbəkədə paylaşıb.
Bir neçə gün öncə həyat yoldaşının ad gününü qeyd etdiklərini bildirən sənətçi deyib ki, onlar artıq 25 ildir evlidirlər.
“O çox zəhmətkeş insandır” deyən Brilliant xanım həyat yoldaşı barədə bu sözləri də əlavə edib: “Mən bu dünyada bütün uşaqlara Ədalət kimi atası olmasını, xanımlara da onun kimi həyat-gün yoldaşı arzulayıram”.
Müğənninin həyat yoldaşı Ədalət Hacıyev Rus Dram Teatrının direktorudur. O, bir neçə gün öncə ölkə başçısının sərəncamı ilə “Əməkdar İncəsənət işçisi” fəxri adı ilə təltif edilib.