Son 10 ildə 1300-dən çox jurnalist öldürülüb

Son 10 ildə 1300-dən çox jurnalist öldürülüb

Media

18 Yanvar 2023, 13:44

Son 10 ildə dünyada 1300-dən çox jurnalist peşə borcunu yerinə yetirərkən öldürülüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk bildirib.
 

"Jurnalistlərin təhlükəsizliyi xüsusi bir məsələyə çevrilib. Son 10 ildə 1300-dən çox jurnalist bizim diqqəti xüsusilə ürəkağrıdan vəziyyətlərə (insan hüquqlarının pozulması ilə bağlı) cəlb etməyimizi istədikləri üçün öldürülüb. Nəticə etibarı ilə onlar qorunmadı”, - deyə Turk Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

O, həmçinin bütün dünyada qadın və qızların hüquqlarına riayət olunmamasından narahat olduğunu qeyd edib və Əfqanıstandakı vəziyyəti xüsusilə “ifrat” adlandırıb.

Bundan əlavə, onun sözlərinə görə, iqlim dəyişikliyinin insan hüquqlarına mənfi təsiri narahatlıq doğurur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynada son vəziyyə - Azərbaycanlı polkovnik danışır