Modern.az

İran APA-ya niyə qadağa qoyub? - AÇIQLAMA

İran APA-ya niyə qadağa qoyub? - AÇIQLAMA

Media

27 Dekabr 2023, 09:28

İran İslam Respublikası ərazisində APA agentliyinin (Azəri-Press Agentliyi) web səhifəsinə giriş məhdudlaşdırılıb.

 

Maraqlıdır ki, İran dövlət qurumları tərəfindən bu addım APA-nın fars dili redaksiyası yaranandan sonra atılıb.

 

Modern.az məsələ ilə bağlı APA agentliyinin daxil olduğu "APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı ilə əlaqə saxlayıb.

 

Saytımıza açıqlmasında Vüsalə Mahirqızı APA-ya məhdudiyyət qoymaq üçün heç bir səbəb olmadığını söyləyib:

 

"APA istər İran, istər digər ölkələrlə münasibətdə tərəfsizlik, qərəzsizlik mövqeyindən çıxış edir. İki ölkə arasındakı münasibətləri həmişə nəzərə almışıq. Agentliyimizin İranda həmişə akkreditasiya olunmuş rəsmi bürosu olub. Buna görə də istənilən məsələ ilə bağlı İranın rəsmi mövqeyini yayımlamışıq. Bizi təəccübləndirən bloklama APA fars dili redaksiyasınının yaradılmasından sonra olmasıdır. Halbuki İran ictimaiyyətinin İran-Azərbaycan münasibətləri ilə bağlı dolğun məlumatları Azərbaycan mediasından öz dövlət dilində almasında maraqlı olmalıdır".

 

V.Mahirqızı məsələ ilə bağlı İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə müraciət etdiklərini bildirib:

 

"Biz İranın Azərbaycandakı səfirliyi ilə də əlaqə saxladıq. Bloklanmanın izahını istədik. Onlar bunun səbəbini bilmədiklərini söylədilər. Ona görə də İran İnformasiya Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə artıq rəsmi müraciət göndərmişik. Onlardan gələn cavabı media ilə bölüşəcəyik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir