Modern.az

Milli Mətbuatdan Müasir Mediyaya uzanan 149 il

Milli Mətbuatdan Müasir Mediyaya uzanan 149 il

Media

22 İyul 2024, 12:41

Həyatımızın müxtəlif sahələrinin texnoloji təkamül prosesi ilə sinxronlaşa bilməməsi son onillikdə ciddi polemika mövzularındandır və haqlı olaraq gündəmə çevrilən bu məsələ media dünyasında da aktualdır. Müxtəlif beynəlxalq platformalarda son illərdə bu, gəlişməkdə olan, böyük ehtimalla, sonsuzluğa qədər inkişafını davam etdirməsi heç bir şübhə doğurmayan informasiya-kominikasiya texnologiyaları resurslarının yaratdığı mənzərə ilə izah olunur. Məsələn, daha çox reklam bazarında televiziya kanallarının payının davamlı olaraq tendensiyaya çevrilməsi, rəqəmsallaşma ilə əlaqəli məsələlər, ilk növbədə, regional oyunçularla gənc auditoriya arasında televiziyaya baxışın azalması bu fikirləri intensivləşdirir. Media menencerlərin qənaəti onunla əsaslanır ki, internetin inkişafı televiziya kanalları üçün iki əsas dəyişikliyə səbəb olub və bu, onlar üçün ilk növbədə tamaşaçılara eksklüziv çıxışı itirmək reallığının fonunda baş verir. Məsələ bundadır ki, tezlik üçün lisenziya əldə olunması artıq izləyicinin diqqətini cəlb etməyə zəmanət vermir. Üstəlik, bazara getdikcə daha çox müasir kominikasiya oyunçusu daxil olmaqdadır. Onlar klassik kanalların məzmununda dominantlığa nail olmaq yolunu təşkil etdikləri masaüstü avadanlıqlar və cihazlarda, gözlənilməyən sürətlə təkmilləşən mobil telefonlarda görürlər. Bu isə yeni dalğanın  üstündə gələnlərə öz iddialarını təsdiqləməklə bərabər, tamaşaçı ovunun müxtəlif cəlbedici metodlarını mənimsəmək üçün kifayət edən mühüm psixoloji üstünlük yaradır. Onlar üçün nəinki “kino” məzmunu yoxdur və fon görüntüləri ilə işləməyi öyrənməsələr də, tamaşaçı üçün nə lazım olduğunu akademik formada əxz ediblər. Telekanalların itkisi bununla kifayətlənmir və “itirilənlərin” ikincisi, bizə elə gəlir ki, daha vacibdir: televiziya kanallarında sanki “izləyici xəzanı” başlayıb, üstəlik kreativ yanaşmalar ləngisə, bu, daha uzunmüddətli nəticələrə gətirib çıxaracaq. 


Oxşar mövzuda aktual olduğu qədər də intensiv səslənən fikirlərin platformalarına ev sahibliyi edən ölkələrdən biri də Azərbaycandır və 2023-cü il iyul ayının 22-də Şuşada Heydər Əliyev İli çərçivəsində Azərbaycan milli mətbuatının 148-ci ildönümünə həsr edilən “IV Sənaye İnqilabı dövründə yeni media” mövzusunda Şuşa Qlobal Forumu bu mövzu üzrə ən məhsuldar tədbirlərdən biri kimi yadda qaldı. Diqqətli oxucular yaxşı xatırlayırlar ki, 48 ölkədən 150-yə yaxın jurnalistin, həmçinin yerli və beynəlxalq səviyyəli media təsisatı nümayəndələrinin iştirak etdiyi Forumun açılış mərasimində iştirak etməklə bərabər, iştirakçıların suallarını cavablandıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələ ətrafındakı suala nə qədər konseptual, ölkə və dünya media qurucuları üçün yol xəritəsi olacaq fikirlər səsləndirdi. Ölkəmizin nüfuzlu ali məktəblərinin birində kommunikasiya sahəsi ilə bağlı müəllimin ölkə Prezidentinə ünvanlanan “Bu gün ərzində biz həmkarlarımızla müasir media trendləri haqqında danışacağıq və bu sahədə yaranan sual sosial media ilə peşəkar KİV-lər arasında əlaqələrə aiddir. Burada müəyyən rəqabət var. Siz sosial şəbəkələrdə çox fəalsınız, fəaliyyətiniz işıqlandırılır və Sizi müxtəlif nəsillərin nümayəndələri izləyirlər. Mənim oğlum da Sizin fanatınızdır və Birinci Xanım da bilməlidir ki, biz onu çox diqqətlə izləyirik. Onun mesajları, videoları çox isti və səmimi olur və o da Sizinlə birbaşa təmasın vasitəçisidir, heç bir maneəsiz, süzgəcsiz. Sosial şəbəkələrdən istifadə baxımından Siz sosial medianın rolunu necə görürsünüz və Siz ondan istifadə edirsiniz?”- sualına cavab ibrətamizliyi ilə yadda qaldı. O, belə səslənirdi: “Mən sizə deyə bilərəm ki, ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm. Media ilə təmaslarımda həmişə deyirdim ki, siz mənim gündəlik işimdə mənə yardımçı olursunuz. Çünki hər bir prezidentin bir-birinə bənzər fəaliyyəti var. Xüsusilə də Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır. Eyni zamanda, fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən bir də görürsünüz, cəmiyyətin nəbzini müəyyən qədər hiss etməmək olur, çünki cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır”.


O da vurğulanmalıdır ki, komminikasiya üzrə mütəxəssis sosial medianı “idarəolunan media”dan fərqləndirən və getdikcə sosiumu “heç bir maneəsiz və süzgəcsiz”liyinə görə cəlbediciliyni dilə gətirir. Yeniyetməliyindən, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxuduğu dövrlərdən bəri zamanın ən yeni kommunikasiya vasitələrinin imkanlarından bəhrələnən Prezident cənab İlham Əliyev həmişə olduğu kimi cavablarında birmənalı və səmimidir: “Mən ölkədə səyahət edirəm, insanlarla görüşürəm və təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələr və ya mənə məruzə edilməmiş bəzi faktlar, bürokratik maneələr, yaxud bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olubdur ki, bu barədə nəvələrim mənə müəyyən məlumatları verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər və mən özüm də sosial medianı izləyirəm. Etiraf edim ki, iş qrafikimin gərginliyi səbəbindən müəyyən məsələlər diqqətimdən yayına bilər. Həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və ona dərhal reaksiya verim”.


Bu, ölkə Prezidentinin birinci növbədə yerli ənənəvi media qurucuları, menecerlərinə ismarıc kimi qəbul edilməli və bazar iqtisadiyyatının bütün sosial sahələr üçün getdikcə aktuallaşan “qızıl qaydası”ndan yayınmağın mümkünsüzlüyünün ən sərrast ifadəsidir.


Bu, daha çox özünəməxsus iqtisadi, siyasi, mədəni şəraiti olan oxşar təsisatların mövcudluğunu dünya tendensiyaları ilə ayaqlaşmağa çalışmaq məcburiyyətində qoymaqla yanaşı, sabitliklər reallığından asılı olanların "yanlış başa düşülməmək" üçün atılan addımlarıyla televiziyanın inkişaf səviyyəsinin ziddiyyətli qiymətləndirilmələrinə səbəb olur. Nəticə olaraq, sosial təfəkkürdə televiziya istehsalının böyük əksəriyyətində məzmunun aşağı səviyyədə olmasından narahatlıq ifadə olunur, digərləri isə televiziyanın sosial şəbəkə mediasından geri qalma riski barədə fikirləşirlər. Nəticədə neçə min illərdir qaçılmaz yeniliklərlə “əbədi funksionallıq qaynağı” olan klassiklər arasında müasir televiziyanı inkişaf tendensiyaları ətrafındakı “Nə etməli?” sualı aktual olaraq qalır. Həm kütləvi kommunikasiya tədqiqatçıları, həm də müasir televiziya kanallarında çalışan praktiklər arasında mübahisə və müzakirələrə səbəb olan bu sualın hər iki tərəfdən eşidilən cavabları nə qədər arqumentli səslənsə də, yaranmış situasiyada dominantlıq ab-hava yaratmaqdan uzaq görünür. 


Müasir telekanalların proqramlaşdırılması prinsiplərinin dəyişdirilməsi, dominantlıq yayım şəbəkəsinin strukturlaşdırılmasında reytinq yanaşması siyasətində media bazarına əsaslı təsir edən tendensiyaların dəyişməsi qaçılmazdır. O dəyişilkliklərdən yayınmaq intuitiv olaraq ortaya çıxan gerçəklik effektini saxlayır və bunun bariz ifadəsinin necə baş verdiyini Azərbaycan Televiziya və Radio Verilişlərinin nümunəsində müşahidə edilir. Bu baxımdan, yerli radiodan 30 il sonra, 1956-cı il fevralın 14-də fəaliyyətə başlayan Azərbaycan Televiziyasında ayrı-ayrı kontekstlərdən baxılan inkişaf, daha sərrast ifadə etsək, tamaşaçı ilə qurulan ünsiyyət formulasına baxmağımız maraqlı olardı. 


“Böyük dövlət xadimlərinin fəaliyyət izi hər bir xalqın həyatının bütün sahələrində özünü göstərir”- deyimini xatırlatmaqla onu qeyd etmək yerinə düşər ki, Ana Televiziyamızın inkişafında yaddaqalan hadisələr Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmə düşür. Ovaxtkı Azərbaycanının ictimai-siyasi və mədəni həyatında yeni texniki vasitə olaraq daxil olan Azərbaycan Televiziyası təkcə Azərbaycan xalqını keçmiş şərəfli tarixinin ən parlaq səhifələrinin təbliği ilə məşğul olmur, həm də milli-mənəvi dəyərlərimizin, yetişən gəncliyin şüurunda özünə yuva qurmasında başlıca missiyanı yerinə yetirirdi. Bu, ölkənin Birinci şəxsinin baxışları ilə birbaşa bağlı olan məsələdir və onun vacibliyini nəzərdə tutan Ulu Öndər televiziyanın fəaliyyətinə xüsusi önəm verir, bunun üçün ilk növbədə, onun maddi-texniki bazasının möhkəmlənməsi, məzmun və forma yenilənməsi üçün iradəsini ortaya qoyur, nəticə olaraq, onun yayım arealının genişləndirilməsi üçün hər cür siyasi dəstək göstərirdi.


İlk əvvəl xatırladaq ki, Azərbaycan Televiziya və Radiosu keçdiyi 68 illik yolda qazanılan zəngin təcrübəsi ilə yaratdığı, milli dəyərlər, dövlətçilik təfəkkürü əsasında yaradılmış məktəbə çevrilib və bu gün də ölkənin televiziya məkanında aparıcı rolunu saxlamaqdadır. İstər özünün maddi-texniki bazasının zənginliyi, istərsə də uzun illərdən bəri formalaşan ən yaxşı ənənələr əsasında yetişən peşəkar yaradıcı heyəti ilə AZTV rəngarəng mövzuları, təqdimat formaları ilə seçilən, teleməkanda öz auditoriyasını qazanan, gizlətmədiyi iddiaları ilə inkişaf yolunda yeni addımlar atan, gündən-günə mövqelərini möhkəmləndirməkdə olan quruma çevrilməkdədir. 


Ölkəmizin Prezidenti cənab İlham Əliyevin hamiliyi ilə"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin bazasında 2009-cu il fevral ayının 1-də yaradılan "İdman",  2011-ci il fevral ayının 14-də təsis olunan "Mədəniyyət" telekanallarının 14-də fəaliyyətinin, xüsusilə, son illərdə Azərbaycan Televiziyasında aparılan islahatların nəticəsidir ki, onun efirində təqdim edilən, müxtəlif formatlarda və aktual mövzularda hazırlanan proqramlar nəinki tamaşaçıların maraqla qarşıladıqları, həmçinin etimad göstərdiyi verilişlərə çevrilib.1941-ci ildə yaranan və şərəfli yaradıcılıq yolu keçən Beynəlxalq Radio ötən ildən 24 saatlıq yayım rejiminə keçib. Cari ilin fevralından isə "Azərbaycan Radiosu" və "Beynəlxalq Radio" "Youtube" üzərindən canlı yayımlanır. Bu sırada İctimai-siyasi proqramlar Studiyasının hazırladığı, ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda baş verən aktual ictimai-siyasi hadisələrin təhlil olunduğu "Həftə" ölkədə baş verən diqqətçəkən məsələlər üzərində qurulan və aparıcıların qonaqlarla birlikdə baş verən hadisəni canlı olaraq müzakirə olunduğu "Hədəf" vədigərləri ancaq informativ deyil, həm də maarifçilik yükü olan proqramlardandır. 


Hər gün 12 dəfə - 08:00, 09:00, 10:00, 12:00, 14:00, 16:00, 16:30 (iqtisadiyyat), 18:00 (rus dilində), 19:00 (region), 20:00, 00:00, 02:00 (ingilis dilində) efirə çıxan "AZTV XƏBƏR" proqramının ancaq ölkə daxilində deyil, həmçinin ölkə xaricində də stabil auditoriyası olması informasiyanın operativ və peşəkarlıqla çatdırılması ilə izah oluna bilər. 


Bunlarla bərabər, “Bu gün qazanılan istənilən uğurlarla kifayətlənmək gələcək tənəzzülün başlanğıcıdır”- deyimini yada salmaq lazım gəlir. O amili də unutmamaq gərəkdir ki, az qala, bütün televiziya proseslərinin internetləşdiyi indiki dövrdə televiziya və internet texnologiyalarının bir çox sahələrdə - həm televiziya məzmununun yaradılması sahəsində, həm də tamaşaçıya çatdırılmasında bir-birinə nüfuz etməsi üçün xüsusi şərait yaradılır. Təkcə televiziya tamaşasının yayım kanalı deyil, həm də istehlakçının bu məzmunla münasibətinin forması dəyişir. Əslində telekanalların yeni yayım paradiqması formalaşır. İnternet yayımı meydana çıxır, yəni televiziya məzmununun yeni kommunikasiya prinsipləri əsasında internetdə onlayn çatdırılması prosesinin iştirakçısına çevrilirik.


Azərbaycan telekanallarının internet yayımının eksperimental mərhələdən keçməklə çox vacib kütləvi informasiya vasitələri seqmenti kimi meydana çıxması buna görədir ki, adi qarşılanır. Eyni zamanda, hər bir telekanal internet yayımının həyata keçirilməsinin xüsusi səbəblərini görməklə yanaşı, onun inkişafı üçün bir çox motivlər yaradır və bu missiyanı da Azərbaycan Televiziyası uğurla aparır. Güman etmək lazımdır ki, yaxın gələcəkdə genişzolaqlı internet texnologiyalarının inkişafı qlobal şəbəkənin yayım keyfiyyəti ilə alternativ kanallar arasındakı sərhədləri siləcək. Bu, şübhəsiz ki, televiziya yayımının yeni inkişaf səviyyəsinə gətirib çıxaracaq və ona yeni perspektivlər verəcəkdir.


Media diskursunun diqqətəlayiq mövzularından birinə çevrilmiş konvergensiya indi müxtəlif kontekstlərdə - sənaye hadisəsi kimi, təşkilati və idarəetmə qərarlarının məcmusu kimi, jurnalist fəaliyyətinin yeni xüsusiyyəti, yeni medianın yaranması üçün ilkin şərt kimi nəzərdən keçirilir. Bu zaman interaktivlik (media ilə istifadəçilər arasında birbaşa əlaqə, müəllif-istehlakçı ünsiyyət modelində rolun inversiyası), hipermətn məzmunu (sistem tərəfindən birləşdirilən potensial sonsuz mətnlər toplusundan ibarət mətn), multimedia və transsərhəd (media redaksiyasının coğrafi yerindən asılı olmayaraq məlumatların yayılması, məhdudiyyətsiz potensial auditoriya) faktorları başlıca amil kimi diqqəti cəlb edir. 


“Şəbəkənin inkişafı dəyişdikcə, medianın mühüm sistem xüsusiyyətləri üzə çıxır, məlumatın yenilənmə tezliyi, yayılma sahəsi, informasiyanın diqqət mərkəzində olan sahələr və məzmun müxtəlifliyi daha həssas yanaşmalar tələb edir” fikiləri dəötənilki Şuşa Qlobal Forumunda səsləndirilib. ABŞ Qlobal Siyasət İnstitutunun Prezidenti Paolo fon Şirahın “Medianın gələcəyi: jurnalistikada və kommunikasiyada yeni alətlər və rəqəmsal dövrdə medianın rolu” adlı sessiyada çıxışı zamanı ifadə etdiyi fikri bu cür əsaslandırırdı: “Hər bir insan öz xəbər agentliyini yaratmağa çalışır. Xəbərlər və əyləncələr arasındakı sərhədlər bulanıqlaşıb və artıq ikisi arasında eyniləşdirmə var. Nəyə baxdığımızı bilmək çətindir: sənədli film və ya şou. Bütün bunlar dezinformasiyanın yayılmasına gətirib çıxarır”.


Düşündürücü olduğu qədər də nəticəçıxarmalı fikirlərdir və bu fikirlər müasir media üçün adət etmədiyimiz yeni diferensial ödəniş situasiyası yaradır. Qloballaşma prosesisində intensivləşən şərait insan həyatının bütün sahələrində olduğu kimi, dünya mediasının da yeni trendi bunu deyir. 

 

P.S. Yeri gəlmişkən, bu gün Milli Mətbuatımızın yaranmasının 149 illiyidir.  Bu münasibətlə, bütün həmkarlarımı təbrik edir, mediamızın qarşısında duran vəzifələrin uğurla həyata keçməsini arzu edirəm. Ümid edirəm ki, 149 il əvvəl yaranan Milli Mətbuatımız bundan sonra da uğurlu inkişaf yolunu davam etdirəcək, toxunduğumuz aktual məsələlər öz həllini tapacaq.


Elməddin Quliyev,
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin şöbə rəisi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri