Modern.az

1 ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı 

1 ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı 

Hadisə

21 Mart 2023, 18:11

Gədəbəydə meyit tapılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

 

Kənd ərazisində Mingəçevir şəhər sakini olan 1985-ci il təvəllüdlü Nahid Həsənovun meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

 

Məlumata görə, həmin şəxs bir ay əvvəl itkin düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı