Modern.az

Müharibə zamanı “İskəndər”dən istifadə olunub - Sabiq erməni nazir

Müharibə zamanı “İskəndər”dən istifadə olunub - Sabiq erməni nazir

Reportaj

1 Avqust 2023, 15:20

İkinci Qarabağ müharibəsi zamanı “İskəndər”, “Toçka” və digər silahlardan istifadə olunub.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük Qarabağ müharibəsini araşdıran parlament komissiyasının iclasında deyib. 


"Komandanlıq qərar verdikdə və coğrafi baxımdan imkan yarandıqca “İskəndər”, “Toçka”, döyüş təyyarələri və pilotsuz uçuş aparatlarından istifadə edilirdi", - deyə sabiq nazir etiraf edib.

 

Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə etsə də, indiyədək bunu rəsmi şəkildə inkar edirdi. 

 

“Mənim ən böyük məsuliyyətim bu müharibəni dayandıra bilməməyimdir. Mənim hərbi-diplomatik bacarığım, biliyim, əlaqələrim müharibənin qarşısını almaq üçün kifayət etmədi”, - Tonoyan parlamentdə çıxışı zamanı vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu