Modern.az

Surət Hüseynov dəfn olundu

Surət Hüseynov dəfn olundu

2 Avqust 2023, 13:20

Keçmiş baş nazir Surət Hüseynov Gəncə şəhərində dəfn olunub.

 

Modern.az xəbər verir ki, onun vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib.

 

Mərasimdə Surət Hüseynovun ailə üzvləri, yaxınları, dostları iştirak ediblər. Daha sonra sabiq baş nazir 4 saylı qəbiristanlıqda valideynlərinin qəbri yaxınlığında torpağa tapşırılıb.

 

Xatırladaq ki, 64 yaşlı S.Hüseynov iki gün əvvəl Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi