Modern.az

Prezidentin yüksək vəzifə verdiyi Fərid Seyidov KİMDİR...

Prezidentin yüksək vəzifə verdiyi Fərid Seyidov KİMDİR...

Ölkə

22 May 2024, 16:15

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Fərid Seyidov Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinə müdir təyin edilib.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Fərid Seyidov indiyədək sözügedən şöbədə müdir müavini vəzifəsini icra edib.

 

Belə ki, bu ilin yanvarın 11-də Fərid Mirmufid oğlu Seyidov Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini təyin edilib. O, həmin gündən şöbənin sədrinin də vəzifələrini icra edib.

 

Qeyd edək ki, sözügedən vəzifəni ötən ilin dekabr ayına kimi Məhərrəm Əliyev tutub. O, 2023-cü ilin dekabrın 9-da vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı