Modern.az

Baş Prokurorluqda iki təyinat: xanımlara vəzifə verildi - FOTO

Baş Prokurorluqda iki təyinat: xanımlara vəzifə verildi - FOTO

Ölkə

12 İyul 2024, 11:50

Baş Prokurorluqda yeni təyinatlar olub.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Nizami rayon prokurorunun müavini Günay Məmmədli Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Baş prokurorun digər əmri ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Gülüstan Abdullayeva Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.

Bununla da, prokurorluq orqanlarında rəhbər vəzifədə çalışan qadın əməkdaşların sayı 11-ə çatıb.

Prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri