Modern.az

31 nəfərin namizədliyi qeydə ALINIB

31 nəfərin namizədliyi qeydə ALINIB

24 İyul 2024, 10:05

Növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün müraciət edənlərin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.

 

O bildirib ki, 125 dairə üzrə 1200 nəfərdən çox şəxs namizəd olmaq üçün müraciət edib. Sədrin sözlərinə görə, 31 nəfərin namizədliyi qeydə alınıb. 

 

Məzahir Pənahov prosesin davam etdiyini vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri