Modern.az

Rəsmi Bakıdan Zaxarovanın Ermənistanla sülh təklifinə CAVAB

Rəsmi Bakıdan Zaxarovanın Ermənistanla sülh təklifinə CAVAB

Ölkə

24 İyul 2024, 15:08

Azərbaycan Rusiyada və başqa platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub.

 

Modern.az xəbər verir ki, bunu TASS-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olması barədə bəyanatlarına münasibət bildirərkən deyib.

 

“Azərbaycan tərəfi Rusiyada və digər platformalarda Ermənistan tərəfi ilə danışıqlara hər zaman hazır olub”, - o bildirib.

 

Daha əvvəl brifinqdə Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında tərəflərin üstünlük verdiyi ikitərəfli formatda danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir