Modern.az

ABŞ Azərbaycanla da birgə təlimlər keçirəcək? - Eksklüziv AÇIQLAMA

ABŞ Azərbaycanla da birgə təlimlər keçirəcək? - Eksklüziv AÇIQLAMA

Ölkə

24 İyul 2024, 16:04

ABŞ Cənubi Qafqazda fəaliyyətini artırmaq müxtəlif sahələrdə, eyni zamanda hərbi sferada addımlar atır. Belə ki, yaxın zamanda Ermənistanda “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimləri baş tutacaq.

 

ABŞ və Azərbaycan əlaqələrini nəzərə alaraq, yaxın zamanda iki ölkə arasında hərbi təlimlərin baş tutub-tutmayacağı maraq doğurur.


Modern.az-ın sorğusuna cavab olaraq Amerikanın Azərbaycandakı səfirliyindən bildirilib ki, Amerika ikitərəfli formatlar vasitəsilə əməkdaşlığı yüksək qiymətləndirir:

 

“ABŞ regional təhlükəsizlik üzrə Azərbaycanla sıx əməkdaşlığı, o cümlədən Gürcüstanda bu yaxınlarda keçirilən “Agile Spirit 2024” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlər kimi, NATO Sülh Naminə Tərəfdaşlıq proqramı və bir sıra digər ikitərəfli formatlar vasitəsilə əməkdaşlığı yüksək qiymətləndirir və bu əməkdaşlığı davam etdirəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu