Modern.az

Təhsil problemləri parlamentdə qaldırıldı: “Elə bilirlər ki, müəllim quldur”

Təhsil problemləri parlamentdə qaldırıldı: “Elə bilirlər ki, müəllim quldur”

Parlament

27 Dekabr 2022, 12:44

“Təhsilin pilləliyi haqqında danışmaq lazımdır. Təhsildə nə qədər pillə olar?"

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.

 

“Bakalavr, magistr, aspirantura, disertantura, doktorantura və s. Dünyanın hər yerində birpilləli müdafiə sistemi var. Bu qədər pillə olar? Qanunda da bu, nəzərə alınmalıdır. Mənim bu strukturlarla problemim yoxdur, amma bir adam bir kafedrada 4 dəfə müdafiə edir, 5-ci dəfə alimin işi Ali Attestasiya komissiyasına göndərilir”, - o deyib.

 

Deputat Aqil Abbas da çıxışı zamanı təhsildəki problemlərdən danışıb: “Hələ universitetlərdən danışmıram, orta məktəblərdə vəziyyət acınacaqlıdır. Nə qədər məsələ qaldırırıq. Amma hələ də nəticə yoxdur. Bunu qoyaq qırağa, mənim nəvələrim orta məktəbdə təhsil alır, mən onların çantalarını qaldıra bilmirəm. Uşaqlar axırda qozbel olacaq. Bu məsələ həll olunmalıdır. Digər tərəfdən müəllimlərə davranışlara diqqət yetirilməlidir.

 

Mən əvvəl də demişəm ki, bizim məktəblərdə dərs deyən müəllimlər Milli Qəhrəmanlardır. Amma onlara qarşı davranış çox pisdir. İndi valideynlər elə bilirlər ki, müəllimlər onların quludur. Belə olmaz, valideynlər məktəbə hücum edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır