Modern.az

Azərbaycan su ehtiyatı məhdud olan ölkədir -  Zaur Mikayılov

Azərbaycan su ehtiyatı məhdud olan ölkədir -  Zaur Mikayılov

28 Fevral 2024, 10:36

"Azərbaycan su ehtiyatı məhdud olan ölkədir”. 

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov fevralın 28-də Milli Məclisdə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib


“Respublikamızın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 faizi respublika ərazisində, 70 faizi isə qonşu ölkələr ərazisindən daxil olur. Bundan əlavə, son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb”,- deyə o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu