Modern.az

Qərbi Azərbaycan İcmasında yeni komissiya yaradıldı

Qərbi Azərbaycan İcmasında yeni komissiya yaradıldı

Qərbi Azərbaycan

4 May 2024, 11:24

Qərbi Azərbaycan İcmasında hüquq komissiyası yaradılıb.

 

Modern.az xəbər verir ki, bu barədə İcmanın sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” adlı beynəlxalq elmi konfransda çıxışı zamanı məlumat verib.

 

O bildirib ki, həmin komissiyaya hüquqşünaslar cəlb olunub: “Onlar Qərbi azərbaycanlıların beynəlxalq hüquqi kontekstdə öz doğma yurdlarına necə qayıda biləcəkləri barədə araşdırmalar aparacaqlar”.

 

Qeyd edək ki, Hüquq Komissiyasının sədri hüquq elmləri doktoru, professor Zahid Cəfərovdur.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ