Modern.az

13 yaşı var, Azərbaycanda hamı ondan danışır - VİDEO

13 yaşı var, Azərbaycanda hamı ondan danışır - VİDEO

Reportaj

15 Mart 2023, 20:38

Qubanın Xınalıq kənd sakini olan 13 yaşlı İbrahim Zeynalov son günlər sosial şəbəkələrin qəhrəmanına çevrilib. Onun polşalı bloqerlə ingilis dilində danışaraq qədim Xınalıq kəndi haqqında məlumat verməsi hər kəsin diqqətini çəkib. Xınalıq kəndinə səyahət edən bloqer həmin görüntüləri internetdə paylaşdıqdan sonra İbrahim qısa müddətdə məşhurlaşıb.

Bu gün Bakıya gələn İbrahim Modern.az-ın əməkdaşı ilə həmsöhbət olub. Maraqlı fikirləri ilə fərqlənən müsahibimiz ingilis dilinə necə yiyələnməsinin sirlərini açıqlayıb, eyni zamanda gələcəklə bağlı böyük hədəflərindən söz açıb.

O, Bakıda ilk dəfə olduğunu və paytaxtımızı çox sevdiyini söyləyib. Hazırda 6-cı sinif şagirdi olan İbrahim Zeynalov gələn ildən təhsilini Azərbaycan Beynəlxalq Maarif məktəbində davam etdirəcək.

Daha ətraflı videoda:

 

 

Operator: Əjdər İbrahimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü