Modern.az

Həbs edilən NİDA-çılarla bağlı yeni XƏBƏR

Həbs edilən NİDA-çılarla bağlı yeni XƏBƏR

Aktual

13 May 2016, 17:10

NİDA Vətəndaş Hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov bu gün Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu haqda Modern.az saytına onların hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.

Hüquqşünas müvəkkiləri ilə görüşəcəyini deyib:

"Onların işgəncəyə məruz qalması barədə məlumat almışam. 1-ci gün görüşüb özləri ilə dəqiqləşdirəcəm".

E.Sadıqov həmçinin, Nərimanov rayon polis idarəsinin müvəqqəti saxlama yerinin kamera lentlərinin cinayət işinə əlavə edilməsi barədə sorğu və istintaq orqanına vəsatət göndərdiyini deyib:

"Hər iki gəncin barəsindəki həbs qərarlarından apellyasiya şikayəti vermişəm”.

Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatda bildirilir ki, onlar narkotik maddə ilə əlaqəli saxlanılıb. 

“Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb”.

NİDA hərəkatı hesab edir ki, gənclər Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentini yazdıqlarına görə saxlanıblar.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı