Modern.az

Ova gedən qadın meşədəki bataqlıqda uşaq doğdu

Ova gedən qadın meşədəki bataqlıqda uşaq doğdu

Aktual

20 İyun 2016, 12:08

Yakutiyada yerli sakin Tayqa meşələrinin dərinliyində dünyaya uşaq gətirib. Modern.az Rusiya mediasına istinadən bildirir ki, 40 həftəlik hamilə olan yerli qadın Tayqa gölündə balıq tutan ərinə və qohumlarına kömək etmək üçün gedib.

Balıq tutan zaman qadının sancıları başlayıb, əri bacısı ilə onu yerli xəstəxanaya çatdırmaq istəsələr də, avtomobil bataqlıqda batıb və mühərrik sönüb.  Vəziyyətdən çıxmaq üçün əri təcili yardım çağırıb, ancaq təcili yardım, fövqəladə hallar xidmətinin və polis əməkdaşları ətraf bataqlıq olduğundan vaxtında köməyə yetişə bilməyiblər.

Onlar lazım olan yerə çatanda isə qadının və onun qohumlarının ətrafında ayılar dolaşıb. Fövqəladə xidmətin əməkdaşları adamları əllərində tapança mühafizə etməli olublar.

Ananı və onun yeni doğulan körpəsini xilasedicilər bataqlıqdan əlləri üstündə çıxararaq yerli xəstəxanaya yerləşdiriblər.  qadının və uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı