Modern.az

“Dövlət və Dövlətçilik Naminə” mövzusunda tədbir – Fotolar

“Dövlət və Dövlətçilik Naminə” mövzusunda tədbir – Fotolar

Current

14 İyul 2016, 20:40

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlət və Dövlətçilik Naminə” mövzusu ətrafında Kəlbəcər ictimaiyyəti nümayəndələrinin  toplantısını keçirilib. Təşkilatdan Modern.az saytına verilən məlumata görə, görüşdə rayonun ziyalıları, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və gənclər iştirak ediblər.

 “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin sədr müavini Həbib Misirov tədbiri açaraq qeyd edib ki, tədbir Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsinin 47-ci ildönümünə həsr olunub. Bugünkü tədbirin əsas məqsədi Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin Kəlbəcərə və kəlbəcərlilərə qayğısından, eyni zamanda onların arzu və istəklərinin dinlənilməsi, lazımi ünvanlara çatdırılmasıdır. Xalqımızın, o cümlədən kəlbəcərlilərin də tarixində və taleyində unudulması mümkün olmayan hadisələr çox olub. Kəlbəcər ictimaiyyəti də yaxşı bilir ki, xalqın tarixinə yazılan şəxsiyyətləri zaman da unutmur, ictimai-siyasi burulğanlarda varlığını qoruyub saxlayan xalq da. Heydər Əliyev qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə həmişə yüksək qayğı ilə yanaşıb. Kəlbəcərlilər bu qayğını həmişə hiss ediblər və heç zaman unutmayacaqlar. Bu gündə bu diqqət və qayğı onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğula davam etdirilir.  Kəlbəcərlilər üçün hər cür şəraitlə təmin edilmiş müasir qəsəbələr salınıb. Məcbiri köçkünlərin sosial problemlərinin həlli istiqamətində lazımi tədbirlər görülüb və dövlət proqramları qəbul edilib.

Bu işdə Prezidentin etimadını layiqincə doğruldan millət vəkili Cavid Qurbanov tərəfindən Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrinin mənzil-məişət və sosial problemlərinin həlli istiqamətində işlər görülüb və hal- hazırda bu istiqamətdə işlər davam etdirilir. Kəlbəcərlilər dövlətimiz tərəfindən onlara göstərilən qayğı və diqqəti yüksək qiymətləndirir, dövlətimizə, dövlətçiliyimizə, Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olan Prezidentimizə inamımızı və doğma torpaqlarımıza qayıdacağımıza ümidlərimizi daha da artırıb.

Filologiya elmləri üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Adil Cəmil Kəlbəcərin adi vətəndaşından ziyalısına kimi həmişə bütöv bir Azərbaycan vətəndaşı olaraq dövlətimizin və dövlətçiliyimizin mövqeyində əzmlə dayanıblar. Müstəqilliyimiizn ilk illərində ölkədə anarxiya siyasi xaos yarananda belə, müstəqil dövlətçiliyimiz naminə bütün güc və imkanlarından istifadə ediblər. Heç bir Kəlbəcərli siyasi avantüraya meyl etməmiş sabit olaraq ölkənin dövlətin və dövlətçiliyin və millətin mənafeyini müdafiə ediblər.Bu gündə həmin ənənə kəlbəcərlilər tərəfindən davam etdirilməkdədir.

Professor Şahlar Əsgərov bildirdi ki, 14 iyul 1969-cu il tarixi də xalqımızın yaddaşına məhz bu aspektlərdən yanaşdıqda, qızıl hərflərlə yazıldı. Xalqımız Ümummilli Liderin Azərbaycanın dünəni, buğunu və gələcəyi üçün ömrünü şam kimi əritməsi üç nəslin gözləri önündə olub. Kəlbəcərlilər də bu dövrləri yaşamış və ulu öndərin o doğma məkana doğmalığının şahidi olublar. 1996-cı ildə bir qrup kəlbəcərli ziyalı ilə görüşərkən və bir ildən sonra Kəlbəcər camaatının ziyarətinə özü gəlmiş ümummilli liderimiz onu ürəkdən sevən kəlbəcərliləri sərvət adlandıraraq demişdir: “Kəlbəcərin nəinki təbiəti, onun insanları da sərvətdir”.

Bu ali fikir hər bir kəlbəcərlinin yaddaşına həkk olub. Ona görə də daim Ulu Öndərin siyasətini dəstəkləyərək, ölkəmizin inkişafında və ərazilərimizin işğaldan azad edilməsi istiqamətində yürütdüyü siyasəti dəstəkləyiblər.

 Dəmir Yolları QSC-nin YAP partiya təşkilatının sədri Xeyrulla Hümbətov,  Əməkdar müəllim, şəhid atası – Mirsəyyaf  Zamanlı, müəllimə Aidə Əhmədova və digər çıxış edənlər dövlətimiz tərəfindən Kəlbəcərlilərə göstərilən diqqət və qayğıdan danışıblar. Təəssüf ki, bəzən xalq və dövlətin birliyini öz ambisiyalarına qurban verməyə hazır olan bədxahlar bundan süni surətdə istifadə etməyə cəhd göstərir və xarakteri zəif olan insanları, siyasətdən uzaq, yalnız özünü düşünən korafəmləri KİV-lərə çıxararaq, ümumi kəlbəcərlilər adından danışdırır, ara qatmağa səy göstərirlər. Müstəqil dövlətimizə, onun demokratik inkişafına kölgə salmağa çalışan qara fikirliləri mətbuata çıxarmağa meylli olanlar, birdəfəlik dərk etməlidirlər ki, hər bir kəlbəcərli öz səlahiyyətlərini üç dəfə açıq, demokratik şəraitdə özünə millət vəkili seçdiyi, daim onların qayğıları ilə yaşayan, dövlət başçısının etimadını doğruldan, Azərbaycan ədəbi simalarından olan Dədə Şəmşirin ləyaqətli nəsil davamçılarından biri - Cavid Qənbər oğlu Qurbanova verib. Prezidentin son on ildə həyata keçirdiyi sosial-iqtisadi, eləcə də humanitar siyasəti birmənalı şəkildə xalqımızın rifahının daha da yaxşılaşdırılmasına, müstəqilliyimizin dönməzliyin, dövlətimizin bütün sahələrdə inkişafına hesablandığı üçün, kəlbəcərlilər də birmənalı şəkildə bu siyasəti dəstəkləyir və təqdir edir.

Tədbirin sonunda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı