Modern.az

Yerevanda iğtişaş törədən 16 nəfər haqda cinayət işi açıldı

Yerevanda iğtişaş törədən 16 nəfər haqda cinayət işi açıldı

Aktual

21 İyul 2016, 13:20

 

Ermənistanın paytaxtı Yerevanda ötən gecə baş verən kütləvi iğtişaş zamanı saxlanılan 16 nəfər barəsində cinayət işi açılıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları polisə müqavimət göstərməkdə və dövlətə məxsus əmlakı məhv etməkdə təqsirləndirilirlər.

 

Toqquşmalar zamanı ümumilikdə, 136 nəfər saxlanılmış, 51 nəfər o cümlədən 28 polis əməkdaşı xəsarət almışdı.

 

Aksiyalar iyulun 17-də Yerevanda post patrul xidməti alayının binasını ələ keçirən silahlı müxalifət üzvlərinə dəstək məqsədilə keçirilmişdi.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı