Modern.az

Modern.az-a şikayət edən hamilə qadını xəstəxanaya götürdülər

Modern.az-a şikayət edən hamilə qadını xəstəxanaya götürdülər

Aktual

5 Avqust 2016, 11:44

“Bizim şikayət sizin saytda yazıldıqdan sonra, ertəsi gün qızım Aynurəni Sabunçudakı 3 saylı Kliniki Xəstəxananın Doğum şöbəsinə qəbul etdilər. Qızım bu gün qeysəriyyə əməliyyatı olunacaq və uşağı götürəcəklər”.

Bunu Modern.az-a açıqlamasında Xırdalanda müvəqqəti məskunlaşan, Kəlbəcər rayonundan məcburi köçkün, bir neçə gün öncə Sabunçu rayon 3 saylı Şəhər Xəstəxanasından şikayətçi olan Brilyant Əlifova deyib.

 

O bildirib ki, Modern.az-da şikayət dərc olunduqdan sonra onları xəstəxanaya qəbul ediblər:

 

“İndi bizdən pul-filan istəmirlər. Amma əvvəlcə bizə həqiqətən də haqsızlıq etmişdilər. Biz birinci gələn günü ayaqları şiş olan qızımı heç içəri də buraxmamışdılar. Ona görə mən də sizə şikayət etdim. Amma indi artıq bizi qəbul ediblər və hazırda qızım xəstəxanadadır. Mənə kömək etdiyinizə görə, sizə dərin təşəkkürümü bildirirəm. Allah köməyiniz olsun. Çox sağ olun. Bu gün qızımın xəstəxanada olmasına görə sizə borcluyam.

Həkim Arzu xanım özü bizə dedi ki, “niyə məndən şikayət etdiniz?”. Mən də dedim ki, “qızıma demişdiniz ki, “Oksigen” klinikasına gedin. 40 dərəcə temperaturla qızımı xəstəxanaya buraxmamışdınız”. Mənə ilk gündən kömək etsəydilər, dəli deyildim ki, onlardan şikayət edim”.

Xatırladaq ki, 2 gün öncə Brilyant Əlifova qızı Aynurənin 6 aylıq hamilə və və çox ciddi xəstə olduğu halda Sabunçudakı  3 saylı Şəhər Xəstəxanasına qəbul edilmədiyini demişdi.

O xəstəxananın Doğum şöbəsinin müdiri Arzu həkimdən şikayət etmişdi.

 

 

Ağa AKİFOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı