Modern.az

Azərbaycan boksçusu yarımfinalda erməni ilə döyüşəcək

Azərbaycan boksçusu yarımfinalda erməni ilə döyüşəcək

Aktual

17 Avqust 2016, 09:11

Braziliyanın Rio-de-Janeyro şəhərində keçerilən XXXI Yay Olimpiya Oyunlarının boks yarışlarında Azərbaycanı təmsil edən Lorenzo Kollazo Sotomayor (64 kq) dörddəbir finalda kubalı Yasnier Toledo ilə qarşılaşıb.
Modern.az xəbər verir ki, hər üç raundda rəqibinə qalib gələn L.Sotomayor Olimpiadanın yarımfinalına vəsiqə qazanıb.

Boksçumuz yarımfinalda Almaniya yığmasının heyətində çıxış edən erməni əsilli Artem Harutyunyan ilə qarşılaşacaq. Həmin görüş avqustun 19-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Qeyd edək ki, boks yarışlarında daha iki idmançımız mübarizəni davam etdirir. Avqustun 17-də Bakı vaxtı ilə saat 22:30-da Elvin Məmişzadə (52 kq) dörddəbir finalda özbəkistanlı Şaxobidin Zoirov ilə qarşılaşacaq.

Avqustun 18-də isə 75 kiloqram çəki dərəcəsində boks yarışının yarımfinalında Kamran Şahsuvarlı kubalı Arlen Lopez ilə rinqə çıxacaq. Həmin görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı