Modern.az

Yəməndə üsyançılar telekanalın binasını ələ keçiriblər

Yəməndə üsyançılar telekanalın binasını ələ keçiriblər

Aktual

3 Dekabr 2017, 14:22

Yəmənin "Ənsərullah" (husilər) hərəkatının üsyançıları sabiq prezident Əli Abdullah Salihə məxsus olan "Yemen El-Yevm" telekanalının binasını ələ keçiriblər və telestansiyanın əməkdaşlarını girov götürüblər.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Yemen El-Yevm" telekanalının əməkdaşı "Anadolu" agentliyinə xəbər verib.

 

O, bildirib ki, telekanalın mühafizəçiləri ilə husilər arasında baş vermiş atışma zamanı üsyançılar telekanalın binasını partladıblar.

 

"Yemen El-Yevm" saytı isə xəbər verib ki, telekanalın yayımı dayandırılıb. 

 

Husilər həmçinin "Yemen.net" internet provayderinə də nəzarəti ələ alıblar və sabiq prezident Əli Abdullah Salihə məxsus portalın xəbərlərinə girişi məhdudlaşdırıblar. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı