Modern.az

Tomas Vulfun roman və hekayələri Azərbaycan dilində

Tomas Vulfun roman və hekayələri Azərbaycan dilində

مورد توجه

22 Fevral 2018, 15:20

ARNK yanında Tərcümə Mərkəzinin yeni nəşri – Amerika ədəbiyyatının görkəmli simalarından olan Tomas Vulfun roman və hekayələrindən ibarət “Dünyanın hörümçək toru” kitabı işıq üzü görüb.

 

Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Dünyanın hörümçək toru”, “Baskom Hokun portreti” romanı, həmçinin “Parkda, “Qulliver”, “Günəş və yağış”, “Uzaqlardan və yaxında” kimi hekayələri daxil edilib.

Əsərləri dilimizə Afaq Məsud və Nəriman Əbdülrəhmanlı tərcümə edib. Kitabın redaktoru Salam Sarvandır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı