Modern.az

Sel Türkiyədə ictimai nəqliyyat iflic etdi

Sel Türkiyədə ictimai nəqliyyat iflic etdi

Aktual

30 Sentyabr 2018, 21:11

Güclü sel və daşqınlar Türkiyənin Sakariya və Kocaeli vilayətlərində böyük problemlər yaradıb. Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, güclü daşqın səbəbindən ictimai nəqliyyat iflic vəziyyətinə düşüb.

 

Məlumata görə, səhər saatlarından başlayan güclü yağış hər iki vilayətdə dövlətə və əhalinin mülkiyyətinə xeyli zərər vurub. Şəhər təsərrüfatının idarə olunmasında böyük problemlər yaranıb. Su təchizatında çətinliklər yaranıb. Tunel və keçidlər sel altında qalıb. Çox sayda minik maşını idarəolunmaz hala düşüb.

 

Yaşayış binalarının birinci mərtəbəsini və dükanları su basıb. Təcili tədbirlər görülməsi üçün təbii fəlakət zonasına əlavə qüvvələr cəlb olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı