Modern.az

Nazir Azərbaycanla İtaliya arasında münasibətləri müzakirə edib

Nazir Azərbaycanla İtaliya arasında münasibətləri müzakirə edib

Aktual

6 Mart 2019, 23:56

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini qəbul edib.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə,  Bakıda ilk dəfə səfərdə olduğunu qeyd edən Paolo Qrimoldi Azərbaycan haqqında təəssüratları ilə bölüşdü və səfər çərçivəsində keçirilən görüşlərdən məmnunluğunu ifadə edib.

 

Görüşdə Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, turizm və digər sahələrdə münasibətlərin hazırki vəziyyəti müzakirə edilib. Xüsusilə enerji sahəsində əməkdaşlığın mövcud əlaqələrin inkişafına yeni təkan verəcəyi qeyd olunub. İkitərəfli əlaqələrin inkişafında Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı