Modern.az

“Türküstan”a yeni redaktor təyin olundu

“Türküstan”a yeni redaktor təyin olundu

Aktual

2 Aprel 2019, 15:27

Tanınmış jurnalist, siyasi şərhçi Elçin Rüstəmli bundan sonra fəaliyyətini “Türküstan” qəzetində və Turkustan.info saytında redaktor olaraq davam etdirəcək.

 

Bu haqda Modern.az-a sözügedən media orqanlarının baş redaktoru Aqil Camal bildirib: “Yeni dönəmdə “Türküstan”ın qəzet və xəbər portalı olaraq fəaliyyətini genişləndirmək niyyətindəyik. Qəzetimiz rəngli, 2500 tiraj olmaqla səhifə sayı 16-dan 24-ə artmaqla nəşrinə davam edəcək. Həmçinin, saytımızda yeniliklər olacaq. Əməkdaşların sayı artırılacaq. İnanıram ki, fəaliyyətimizin uğurlu alınmasına Elçin Rüstəmli öz töhfəsini verəcək”.

 

Qeyd edək ki, Elçin Rüstəmli indiyədək “Azadlıq”, “Bizim Yol”, “Hürriyyət” qəzetlərində, Strateq.az saytında müxbir, redaktor, redaktor müavini kimi vəzifələrdə çalışıb. Davamlı olaraq siyasi, beynəlxalq, sosial-iqtisadi mövzularda şərhlərlə, analitik yazılarla çıxış edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı