Modern.az

Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır  

Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır  

Aktual

4 İyun 2019, 11:09

 

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019/2020-ci tədris ilindən başlayaraq “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul aparılacaq.

 

Modern.az xəbər verir ki, Akademiyada növbəti tədris ilindən etibarən II ixtisas qrupu üzrə “İqtisadiyyat”, III ixtisas qrupu üzrə “Hüquqşünaslıq” ixtisasları ilə yanaşı, I ixtisas qrupunda “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə qəbul həyata keçiriləcək.

 

Eyni zamanda, 2019/2020-ci tədris ilindən başlayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk dəfə magistratura səviyyəsinə də tələbə qəbulu aparılacaq. Akademiyanın magistratura pilləsinə qəbul Dünya iqtisadiyyatı - Gömrük işiHüquqşünaslıq - Beynəlxalq hüquq ixtisasları üzrə həyata keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı