Modern.az

Novxanı çimərliyində 12 yaşlı yeniyetmə boğuldu - VİDEO

Novxanı çimərliyində 12 yaşlı yeniyetmə boğuldu - VİDEO

Aktual

24 İyul 2019, 15:51

Xəzər dənizində 12 yaşlı yeniyetmə batıb.

Modern.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Abşeron rayonundakı Novxanı çimərliyində qeydə alınıb.

Belə ki, valideyn nəzarətindən yayınan 2007-ci il təvəllüdlü Bayram Kərimli qadağan olunmuş ərazidə çimərkən boğulub.

Ətrafdakı insanlar onun meyitini sudan çıxarıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı