Sonuncu dəfə “İlişki durumu karşık” serialında Güləndam obrazını canlandıran aktrisa Aybikə Əsin Tumluər cinsiyyətini dəyişib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın 2 il əvvəl kişi olduğu üzə çıxıb. Sinəsini əməliyyatla götürdən Aybikə adını da dəyişərək Atlas Karan Tumluər edib. 31 yaşlı aktrisa cinsiyyətini dəyişdiyi üçün çox xoşbəxt olduğunu deyib:
“Dəyişikliyə 4 il əvvəl başlamışdım. 2 il əvvəl isə əməliyyat olundum. Hər şey tamamlansın deyə heç kəsə demədim. Xoşbəxtəm”.