Modern.az

AzTV uzun fasilədən sonra ənənəni bərpa etdi: evinizə “Zəng” gələcək - VİDEO

AzTV uzun fasilədən sonra ənənəni bərpa etdi: evinizə “Zəng” gələcək - VİDEO

Aktual

19 Dekabr 2019, 15:44

Azərbaycan Televiziyası “Sabah” Yaradıcılıq Birliyinin istehsalı olan “Zəng” filminin çəkilişləri başa çatıb.

Modern.az-ın məlumatına görə, filmdə Xalq artistləri Cahangir Novruzov, Afaq Bəşirqızı, Səidə Quliyeva, Cəfər Namiq Kamal, Məbud Məhərrəmov, həmçinin Fərhad İsrafilov və digərləri rol alıb.

Hüseynbala Mirələmovun və Dilsuz Mustafanın hekayələrinin motivləri əsasında işlənən filmin ssenari müəllifi və quruluşçu rejissoru Şərif Qurbanəliyev, quruluşçu operatoru Eldar Məmmədov, rəssamı Rafael Əlizadə, bəstəkarı Natiq Qəzənfəroğludur.

Bununla da Azərbaycan Televiziyasının ənənəvi Yeni il hədiyyəsi uzun illərdən sonra bərpa olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı