İlkxeber.org saytının baş redaktoru, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, Aydınlar Partiyasının təşkilat məsələləri üzrə sədr müavini Xanoğlan Əhmədov deputatlığa namizədliyini irəli sürüb.
Modern.az xəbər verir ki, bu barədə mətbuata namizədin səlahiyyətli nümayəndəsi Ağasəf Ağayev məlumat verib.
A.Ağayev bildirib ki, Xanoğlan Əhmədov 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən namizəddir. Onun sözlərinə görə, artıq imzalar toplanır.
Qeyd edək ki, beşinci çağırış Milli Məclisin deputatı Musa Qasımlı da eyni dairədən namizədliyini irəlü sürüb.