Modern.az

Bakıda qardaş qardaşına küt alətlə ağır xəsarət yetirib

Bakıda qardaş qardaşına küt alətlə ağır xəsarət yetirib

Aktual

3 Fevral 2020, 00:37

Bakının Suraxanı rayonunda 45 yaşlı kişiyə qardaşı tərəfindən xəsarət yetirilib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Ağayev İlham Həmid oğlunun başına avtomobil təkərini açmaq üçün istifadə edilən açarla bir neçə dəfə zərbə endirilib. Nəticədə ağır xəsarət alan İ.Ağayev xəstəxanaya yerləşdirilib.

Faktı Suraxanı polisi araşdırır. Hadisənin İ.Ağayevin qardaşı tərəfindən törədildiyi deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı