Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yeni sərəncamlar imzalayıblar.
Modern.az DAK mətbuat xidmətinə istinadən bildirir ki, sərəncamlara əsasən, DAK-ın tərkibində Qarabağ departamenti yaradılıb və Namiq Rəhimli DAK-ın Qarabağ departamentinin rəhbəri təyin edilib. Bundan başqa, digər sərəncamla Rüstəm Şəbiyev DAK Gənclər Təşkilatının yeni sədri təyin olunub.