Modern.az

Parlament 14 məsələni həll etdi - dustaqlara telefonla danışmağa icazə verildi

Parlament 14 məsələni həll etdi - dustaqlara telefonla danışmağa icazə verildi

Aktual

16 Oktyabr 2012, 14:23

Modern.az bildirir ki, iclasın gündəliyində 16 məsələ müzakirəyə çıxarılıb. Onlardan 14-ü artıq səsə qoyularaq qəbul edilib.

Məsələn, "Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin qəbulu ilə məhkumlara telefonla danışmasına icazə verilib. Bundan sonra müəyyən müddətə azadlıqdan  məhrum edilən şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum edilən şəxslər isə həftədə bir dəfə 15 dəqiqə olmaqla telefonla danışmaq hüququ qazanırlar.
Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumu tərəfindən ödənilir. Texniki imkanlar olmadıqda bir telefon danışığı bir qısa müddətli görüşlə əvəz edilə bilər:

Milli Məclisin günün birinci yarısında qəbul etdiyi 14 məsələ aşağıdakılardır:

1. M.C.Muradovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında. 

2. F.İ.İbrahimovun Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında.

3. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

4. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

5. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

6. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə

7. "İnformasiya,informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

8. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

9. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

12. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

13. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

14. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı