Modern.az

Qazaxıstanda saxlanılanların sayı 8 min nəfərə çatdı

Qazaxıstanda saxlanılanların sayı 8 min nəfərə çatdı

Current

10 Yanvar 2022, 10:20

Yanvarın 10-na olan məlumata görə, Qazaxıstanın daxili işlər orqanları iğtişaşlarla bağlı 7939 nəfəri saxlayıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. 

Almatıda polis əməkdaşları Milli Qvardiyanın hərbi qulluqçularının və xüsusi təyinatlıların iştirakı ilə iki bazarda 207 nəfəri saxlayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 10 yanvar tarixini etiraz aksiyalarında həlak olanlar üçün milli matəm günü elan edib.

Ölkədə fövqəladə vəziyyət rejimi hələ davam edir, lakin ölkənin əsas şəhərlərinin küçələrində vəziyyət tədricən sakitləşir.
 

Bəzi məlumatlarda toqquşmalar zamanı 164 nəfərin həlak olduğunu bildirilir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı