Fransada vergidən yayınmaqla ölkə vətəndaşlığından imtina edən məşhur aktyor Jerar Depardiye 2 ilə qədər həbs ediləcək. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Rusiya vətəndaşlığını qəbul etdikdən sonra Fransada qəzəbə tuş gələn aktyor dünənə təyin olunan məhkəmə prossesinə qatılmayıb. İçkili vəziyyətdə avtomobil idarə etdiyi üçün məhkəməyə verilən Depardye dünənki prossesə qatılmadığından daha ağır cəzaya məhkum ediləcək. Rəsmi qurumlardan verilən məlumata görə, aktyor 4500 avro pul cəzası və 2 ilə qədər həbs cəzasına məhkum ediləcək.
Anar