Modern.az

Pekin Olimpiadasında medal sıralaması - SİYAHI

Pekin Olimpiadasında medal sıralaması - SİYAHI

Aktual

11 Fevral 2022, 23:33

Pekində keçirilən Qış Olimpiya Oyunlarının medal sıralamasında Almaniya yığması liderliyini davam etdirir.

 

Modern.az xəbər verir ki, Olimpiadanın arxada qalan səkkiz gününün nəticələrinə əsasən, Almaniya yığmasının hesabında 7 qızıl və 4 gümüş medal var. İlk beşlikdə, Norveç (6 qızıl, 3 gümüş, 5 bürünc medal), Niderland (5, 4, 1), İsveç (5, 2, 2) və Avstriya (4, 6, 4) yığmaları yer alır.

 

Oyunlara ev sahibliyi edən Çin medal sıralamasında yeddinci yerdə gedir. Çin yığması hesabına hələlik 3 qızıl, 3 gümüş və 1 bürünc medal yazdıra bilib.

 

Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar. Oyunlar fevralın 20-də başa çatacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı